Xalq artisti Emin Ağalarov Ermənistanın Azərbaycana qarşı son təxribatına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, yaxın günlərdə Kəlbəcərdə konsert proqramı ilə çıxış edən xalq artisti video paylaşaraq əsgərlərimizə dəstək olub:
"Bu yaxınlarda vətənimizin gözəl guşələrindən biri olan Kəlbəcərdə cəsur hərbçilərimiz üçün populyar artistlərlə birgə konsert vermişdik. Bu gün isə münaqişənin yenidən başlanması ilə bağlı Vətən qoruyucularına güc və mərdlik arzulayırıq! Azərbaycan sizinlədir".