16 Sentyabr 2022 17:27
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli məşhur müğənni Hadisənin və onunla boşanma ərəfəsində olan həyat yoldaşı və iş adamı Mehmet Dinçerlerin vəkilləri bir araya gəliblər.

Teleqraf.com xəbər verir ki, Mehmet Dinçerler Hadisədən nişan mərasimində taxdığı üç milyonluq üzüklə bərabər bütün zinət əşyalarını geri tələb edib.

Hadisəyə toy mərasimində məşhur bir markanın 75 min dollarlıq qolbağı, on ədəd brilliant boyunbağı, ümumi 250 min lirə dəyərində qolbaqlar hədiyyə edilib.

Qeyd edək ki, müğənni ilə iş adamı dörd ay evli olublar.




Müəllif: Rəqsanə Həsənova