19 Sentyabr 2022 19:48
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli məşhur müğənni Hadisənin iddialarına boşanma ərəfəsində olduğu həyat yoldaşı, iş adamı Mehmet Dinçerler cavab verib.

Teleqraf.com xəbər verir ki, Mehmet Dinçerler Hadisənin karyerasına mane olması iddialarını sosial şəbəkədə cavablandırıb: "Özəl və həssas olan bu məsələdə səssiz qalmağın doğru olduğunu düşünmüşdüm. Amma hazırkı vəziyyətə ailəmə və xüsusilə böyük əmək sərf elədiyim 1 ilimə haqsızlıq olduğunu düşünürəm. Münasibətimiz zamanı Hadisənin karyerasını bəlkə də ən çox dəstəkləyən insan oldum. Konsertlərini ailəm də daxil olmaqla ön sıradan izlədiyimi və uğurlarıyla qürur duyduğum hər kəs şahid olmuşkən bu gün önə sürülən iddiaları təəccüblə izləyirəm. Evliliyi sonlandırmaq ortaq fikrimizdir. Heç bir tələbim yoxdur".

Qeyd edək ki, Mehmet Dinçerler və Hadisə dörd ay evli olublar.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər