"Son baş verənlər bir daha göstərdi ki, əgər siyasi baxımdan vacib deyilsə, o torpaqlarda şou göstərmək, selfi çəkmək və sair hələ tezdir".
Teleqraf.com xəbər verir ki, bu sözləri sosial şəbəkədə meyxanaçı-müğənni Namiq Qaraçuxurlu yazıb.
"Bəzi tədbirlər beynəlxalq aləm üçün vacibdir, məcburuq. Bəzilərinə isə lüzum yoxdur. Əksinə həssas insanları qıcıqlandırmaqdan başqa bir şey deyil. Şəhid ailələrinə, onlar qədər yananlara səbr, yaralılarımıza şəfa diləyirəm", - o qeyd edib.