20 Sentyabr 2022 14:30
1 523
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qızım Zümrüd, nəvəm, qudam, kürəkənim Bakıya gəlib. Hələ bir ay burda qalacaqlar".

Bu sözləri Teleqraf.com-a açıqlamasında Londonda yaşayan qızı Zümrüd Şəfiyeva və nəvəsi haqda danışan xalq artisti Flora Kərimova deyib:

"Nəvəm başıma oyun gətirir... Bütün günü "nənə qurban" deyib dururam. Dörd aylıqdır, adı da Lorendir. Qudam nəvəmə adıma uyğun Loren adını qoyub. İnşallah, qismət olsa Floranı da gözləyirəm, ondan sonra sağollaşa bilərəm. Gecə bir saatdan bir oyanıb nəvəmə baxıram. Yuxudan duranda çox sevinir, gülür. Nəsə deyəndə sanki başa düşür.

Oğlumun iki böyük oğlu var, bu nəvəm də oğlandır. Üç əsgər nəvəm var".

Qeyd edək ki, Flora Kərimovanın qızı Zümrüd Şəfiyeva Londonda yaşayır. O, ikinci dəfə ailə qurub, bir oğlu var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər