8 May 2014 14:52
4 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qalmaqallı prodüser Təranə Səmədova tanınmaz hala düşüb.

Teleqraf.com xəbər verir ki, qısa vaxtda xeyli çəki verərək arıqlayan T.Səmədova bunun üçün xüsusi pəhriz yeməkləri ilə qidalandığını və mütəmadi olaraq idmanla məşğul olduğunu deyib.

“Artıq 4-5 aydır ki, sağlam yeməklərlə qidalanıram. Gündəlik rasionuma yeni çəkilmiş meyvə şirələri, 2-3 litr təmiz su, yaşıl çay, qaynadılmış tərəvəzlər əlavə etmişəm. Kərə yağında bişən yeməklərdən və “fast food”lardan tamamilə imtina etmişəm”.

4-5 ay ərzində 25 kiloqram arıqladığını deyən,T.Səmədova idmançı Ceyhun Vəliyevin nəzarəti altında idmanla ciddi məşğul olduğunu vurğulayıb.

Aytən Həsənova


Müəllif: