Fələstin əsilli amerikalı model Bella Hadid İranda əxlaq polisi tərəfindən döyülərək öldürülən 22 yaşlı Məhsa Əmini haqda paylaşım edib.
Teleqraf.com xəbər verir ki, Bella Hadid sosial şəbəkədə bu sözləri yazıb:
"Allah rəhmət etsin, Məhsa Əmini, sən buna layiq deyildin. Ailəsinə və yaxınlarına başsağlığı verirəm. Hicabını "düzgün taxmadığı" üçün əxlaq polisi tərəfindən döyülərək öldürüldüyü iddia edilən qadının sarsıdıcı hekayəsidir. Məhsa Əmini hicab haqqında maarifləndirilmə üçün əxlaq polisi tərəfindən saxlanılıb və o, geri sağ qayıtmayıb".