Xalq artisti Nazpəri Dostəliyeva “Özəl” verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, xalq artisti şəxsi həyatından danışıb:
"Övladlarımı götürüb evdən çıxandan sonra həyat yoldaşım ikinci dəfə evləndi. Onunla on illik ailə həyatı yaşamışam. Övladlarımın atası olub, o, tez evləndi. Amma mən yenidən evlənməyi ağlımdan belə keçirmədim, çünki iki oğul böyüdürdüm və yalnız onları düşünürdüm. O zaman məni Nüsrət Kəsəmənli gördü, nə qədər gizlətsəm belə on illik ailə həyatımdan daxilimdə göz yaşı vardı. Onda mənə dedi ki, gizlət göz yaşını görməsinlər. Beləliklə, Nüsrət Kəsəmənlinin “Göz yaşımı görməyəcəksən” mahnısı yarandı".
Nazpəri Dostəliyeva oğlu Əli Quliyevin 41 yaşında ürək çatışmazlığından vəfat etdikdən sonra səhnədən uzaqlaşmasından da danışıb:
"Məni insanların sevgisi ayaqda saxladı, səhnəyə qaytardı. Allahdan nə gəlirsə, onu qəbul etdim və min dəfə şükür edib, səbr istəyirəm. Çünki Allahın işinə heç kimin qarışmasına ixtiyarı yoxdur. Verdi sevindirdi, aldı səbr istəyirəm".