8 Dekabr 2014 13:02
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Brilliant Dadaşova və müğənni Röya Ayxan duet oxuyacaqlar.

Teleqraf.com xəbər verir ki, bu haqda B.Dadaşova “Onlar”a açıqlamasında deyib:

“Röyanın səsini, xasiyyətini bəyənirəm. O da nəyisə əvvəlcədən danışmağı xoşlamır, mən də. Bir işi əvvəl reallaşdırmaq, sonra təqdim etmək lazımdır. Danışıqlarımız olub, duet planımız var. Zülfiyyə Xanbabayeva ilə də duet oxuyacam. Sadəcə, vaxtımız üst-üstə düşmür”.

Sosial şəbəkədən danışan B.Dadaşova onu göndərilən dostluqları qəbul etməməkdə qınayanlara cavab verib:

“Facebook”da çox fəal idim, sonra gördüm ki, şikayətlər var. Orada 5 mindən artıq dost qəbul etmək olmur. Məni də heç kimi qəbul etməməkdə qınayırlar. Ünsiyyətdə olmağı xoşlayıram. İndi İnstaqrama keçmişəm, sevənlərimi ora dəvət edirəm. Cəmi 40 şəkil paylaşmışam. Dostlarıma baxıram 2 mindən artıq fotoları var. İstəyirəm ki, tamaşaçı ilə ünsiyyətdə olum, hər şeyi öz dilimdən eşitsinlər. Kənarda yayılan yalana inanmasınlar”.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər