28 Sentyabr 15:12
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yeni mövsümdə teatrdan Qazaxıstana festivala gedəcəyik. Festival noyabrın 2-dən 8-dək davam edəcək. "Köhnə çamadanlar" filmindən sonra rejissor Sədaqət Kərimovanın bir filminə çəkildim. Bununla yanaşı Sevnc Əliyevanın İTV-də yayımlanan "Simurq" serialında rol almışam. Saida Haqverdiyeva ilə yeni film üzərində işləyəcəyik. Bu il ancaq kinolara çəkiləcəm".

Bu sözləri Teleqraf.com-a açıqlamasında aktrisa Zümrüd Qasımova deyib.

O, yeni mövsümdə aparıcı kimi fəaliyyət göstərməyəciyini bildirib: "Televiziyalardan dəvət oldu, amma qəbul etmədim. Mənə uyğun veriliş deyildi. Verilişin aparıcısı vardı, o, çıxdığına görə məni dəvət etmişdilər. Müəllif verilişi istəyərəm. Heç bir televiziyaya müraciət etməmişəm və etmərəm. Onlar potensialımı bilirlər".

"Şəxsi həyatınızda vəziyyət necədir? Yaxın günlərdə həyat yoldaşınızdan boşanma xəbərləri ilə gündəmdə idiniz" sualına aktrisa belə cavab verib: "Həyat yoldaşımla bir yerdəyik. Özümüz istəməsək, bizi heç kim ayıra bilməz. Həqiqətən həyat yoldaşımdan boşansaydım deyərdim ki, ayrılmışam. Burada çəkinəsi heç nə yoxdur. Minlərlə boşanmalar olur, biri də mən...

Amma bunu festivala qatılmaq üçün sənədlərimə görə etmişdim, inşallah, yenidən rəsmi nikaha daxil olacağıq və toy mərasimi edəcəyik. Toyumuz olmamışdı, 30-40 nəfərdən ibarət balaca məclislə toy etmək istəyirik. Dəniz kənarında toy eləməyi çox arzulayıram".

"Bəs ailə qurarkən toy mərasimi etməmişdinizmi?" sualına cavabda Zümrüd Qasımova yox cavabı verib və bunu üzrlü səbəblə əlaqələndirib: "Onda həyat yoldaşım dedi ki, artıq yaşı keçib. İkinci evliliyi olduğuna görə toy istəmədi. Mən də onu sevdiyimə görə razılaşdım. Dedim, təki hər şey sən istəyən kimi olsun".

Qeyd edək ki, yaxın günlərdə Zümrüd Zeynalovanın həyat yoldaşı Nazim Zeynalovdan boşanmaq üçün ədliyyə orqanlarına ərizə ilə müraciət edikləri haqda xəbər yayılmışdı.


Müəllif: Rəqsanə Həsənova