29 Sentyabr 2022 13:01
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya ulduzu Ancelina Coli İranda Əxlaq Polisi tərəfindən döyülərək öldürülən 22 yaşlı Məhsa Əmini və polis tərəfindən qətlə yetirilən 20 yaşlı Hədis Nəcəfi haqda paylaşım edib.

Teleqraf.com xəbər verir ki, Ancelina Coli İnstaqramda bu sözləri yazıb:

"İranın cəsur, meydan oxuyan, qorxmaz qadınlarına hörmət! Onilliklər boyu sağ qalan və müqavimət göstərənlər, bu gün küçələrə çıxanlar, Məhsa Əmini və onun kimi bütün iranlı gənclər, qadınların əxlaqlarının nəzarət altına alınmasına, ağıllarının yenidən tərbiyə olunmasına və ya bədənlərinin idarə olunmasına ehtiyacı yoxdur. Onlara zorakılıq və təhdid olmadan yaşamaq və nəfəs almaq azadlığı lazımdır. İran qadınları sizi görürük".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər