30 Sentyabr 2022 13:56
1 073
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bəstəkar-müğənni Rəhim Rəhimli dəfn olunub.

Teleqraf.com xəbər verir ki, sənətçi Bülbülə qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun sənət dostları, ailə üzvləri, yaxınlar iştirak ediblər.

***

13:05

Bəstəkar-müğənni Rəhim Rəhimli Səbail rayonunda yerləşən mənzilindən son mənzilə alqışlarla yola salınır.

Teleqraf.com xəbər verir ki, müğənni Bülbülə qəbiristanlığında dəfn ediləcək.

Mərhumun vida mərasimində xalq artisti Aygün Kazımova, müğənnilər Niyam Salami, Zamiq Hüseynov, Vasif Məhərrəmli, əməkdar artist Elza Seyidcahan, reper Fərid Eminov, aparıcılar Elgiz Əkbər, Kamilə Babayeva, Lalə Əlimuxtarova, Turan İbrahimov, Samir Bayramlı, bəstəkar-müğənni Murad Arif və bir çoxları iştirak edirlər.

Qeyd edək ki, ifaçı 43 yaşında ürəktutmadan vəfat edib.


Müəllif: Rəqsanə Həsənova, Foto: Elmin Zahidzadə