30 Sentyabr 2022 23:08
1 388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Sərxan Kərəmoğlu xalq artisti Röya Ayxanı tənqid edib.

Teleqraf.com xəbər verir ki, buna səbəb Röya Ayxanın İnstaqram hesabında Rəhim Rəhimli haqqında paylaşım etməməsi olub.

Sərxan Kərəmoğlu sosial şəbəkədə Röya Ayxanın fotosunu paylaşaraq bu sözləri yazıb: "Səni sevdiyimi bilirsən. Rəhim Rəhimli haqda paylaşımı hekayə bölümündə yox, səhifəndə paylaşardın. Rəhim Rəhimlini sizə görə tanıdıq. Ola bilsin ki, aranızda soyuqluq vardı, amma bütün bunlar ona dəlalət etmir ki, ən əziz günləri unudasız. Nədənsə ümumilikdə anasından və ailəsindən xəbərsiz tanınmışların səhifələrində yer alır, amma dostlarının yox. Niyə? Dostuna səhifəni çoxmu gördün? Röya Ayxan deyib səni bütün Azərbaycana sevdirən Rəhim olub. İncimə, mən də səni sevirəm, sən şəxsiyyət olmasaydın, yazmazdım".

Prodüser Tarix (Tolik) Əliyev isə paylaşımın rəy bölümünə "Rəhimə indi onun şəklini paylaşmaq yox, ruhuna dua oxumaq lazımdır", - yazaraq Röya Ayxanı müdafiə edib.


Müəllif: Rəqsanə Həsənova