12 Oktyabr 2022 14:14
1 159
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəzər televiziyasını rəhbəri əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovadan danışıb.

Murad Dadaşov Teleqraf.com-a açıqlamasında bəstəkarın ölümünə üzüldüyünü deyib.

"Çox təəssüf ki, yaş öz sözünü deyir. Bu gün insanlar müxtəlif hadisələrlə üzləşir, cavan yaşlarında dünyasını dəyişirlər. Hər bir itki insanı üzür. Müsbət, enerjili, pozitiv, hamımızı sevən və tanımadığı insanları belə müsbət yanaşan insan dünyasını dəyişdi. Amma onun yaradıcılığında nə qədər əsərləri var. Onun ölümünə üzüldüyümüz qədər üzümüzdə təbəssüm yaradan səbəblər var. Bu, xatirələrlə bağlıdır. Onun haqda xatirə insanı ruhlandırır, ölümünə çox təəssüflənirəm. Amma bir məsələ var ki, uşaqlarının böyüməsini, nəvələrini gördü. Dünyanı gəzdi. Bu yaşında çox adamın görmədiyini gördü".

Murad Dadaşov qeyd edib ki, Ruhəngiz Qasımova həyat yoldaşına çox sadiq idi: "Bir sirr açım, həyat yoldaşım Ruhəngiz xanımın həyat yoldaşının qohumu idi. Canana xanım da dedi ki, qohumluq əlaqələri bir tərəfə, Ruhəngiz xanımın ən yaxın silahdaşlarından biri siz idiniz. Ruhəngiz xanımın "Yeni ulduz" layihəsində münsif kimi iştirak etmək təklifini mən irəli sürdüm. Çox gözəl insan idi. Sona qədər həyat yoldaşına sadiq oldu və onun əziyyətini çəkdi. Həyat yoldaşı üçün çox darıxdı. Allah rəhmət etsin və hər zaman xatirəsi yaşasın".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər