Honq-Konqda vəfat edən əməkdar incəsənət xadimi, bəstəkar Ruhəngiz Qasımovanın nəvəsi, "Səs Azərbaycan" yarışmasının iştirakçısı Hilal Süleymanov nənəsi haqda danışıb.
Teleqraf.com xəbər verir ki, Hilal Süleymanov bu sözləri deyib:
"Nənəm çox istəyirdi ki, onun yolunu davam etdirim. Çünki bizim ailədə ondan savayı bəstəkar və musiqi ilə məşğul olan yoxdur. Düzdür, məni o qədər də tanımırlar, amma nənəmdən mənə də istedad keçib. Bəstələdiyim bəzi mahnıları nənəm dinləyib. Yazdığım musiqiləri yaxşı qiymətləndirirdi. Mənə baxıb, gənclik illərini yada salırdı".
Hilal Süleymanov nənəsinin vəsiyyətini də açıqlayıb: "Nənəm vəsiyyətində mənə uğurlar dilədi. İstədi ki, onun yolunu davam etdirim, musiqi ilə məşğul olum. Özü necə gözəl bəstələr bəstələyibsə, istəyirdi mən də elə musiqilər müəllifi olum".