"Bu acı xəbər alandan çox sarsıntı yaşadım. Əziz həmkarımız, bəstəkar və ən əsası, gözəl insan rəhmətə getdi. Ölümünə inana bilmirəm".
Teleqraf.com xəbər verir ki, bu sözləri Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın vida mərasmində çıxış edərkən deyib:
"On il böyük fədakarlıqla həyat yoldaşına baxdı. Həmişə üzündə təbəssüm var idi. Onu heç vaxt unutmayacağıq. Bəstəkarlar İttifaqında onun xatirəsinə tədbirlər keçiriləcək. Allah rəhmət eləsin, məkanı cənnət olsun".