Bakıda "Dostum qardaşım" filminin çəkilişləri baş tutub.
Bu haqda Teleqraf.com-a prodüser Yalçın Çoban məlumat verib.
Filmin çəkilişləri Azərbaycanla yanaşı Türkiyə və Özbəkistanda baş tutub.
Ekran əsərində Türkiyənin "Kurtlar Vadisi" və "Eşkıya Dünyaya Hükümdar Olmaz" seriallarının Şahin Ağası, aktyor Turgay Tanülkü, müğənni-aktyor Erol Yavan, Sevil Akı Saner, azərbaycanlı aktyorlardan isə
xalq artisti Şamil Süleymanlı, aktyorlar Rəşad Kəsəmənli, Cavidan Kəsəmənli,
aktrisalar Flora Hüseynli, Aynur Hümbətova, Bahar Həmzəyeva, Yeva Elvida, Sevinc Dalabayeva və bir çox tanınmışlar rol alıblar.
Qeyd edək ki, "Dostum qardaşım" 90 dəqiqəlik tammetrajlı filmdir. Filmin baş prodüseri, ssenari müəllifi Nicat Mənalı, prodüser Zamin Mövsumov, rejissor Natiq Novruzov, quruluşçu operator isə Akan Açıqsözdür.