16 Oktyabr 2022 20:46
2 793
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı-aktyor Sərxan Kərəmoğlu ilə müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil Əmiraslanov arasında problem yaşanıb.

Teleqraf.com xəbər verir ki, Sərxan Kərəmoğlu İnstaqramda video paylaşaraq Fazil Əmiraslanov tərəfindən təhdid edilidiyini deyib: "Rəqsanə İsmayılova ilə heç bir ədavətim yoxdur. Ədavətim həyat yoldaşı Fazillədir. Fazil, sən məni təhqir, təhdid etmisən. Mən ot olub, yerdən çıxmışam. Səni Moskvada gözləyirəm. Kişiliyin çatırsa, zəng edəndə telefona cavab ver. Whatsappla söyüb, cavab vermə. Söyüş söymək aziclik, savadsızlıq, avamlıq və qorxaqlıq əlamətidir".

Qeyd edək ki, Sərxan Kərəmoğlu "MTV maqazin" verilişində Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın evliliyini oyun adlandırıb. O, Rəqsanə İsmayılovanın heç bir sözünə inanmadığını deyib.






Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər