Amerikalı aktyor Dueyn Conson “Black Adam” filminin qala gecəsində çıxışı zamanı zarafatla Britaniyanın baş naziri postuna hazırlaşdığını bildirib.
Teleqraf.com xəbər verir ki, o, “yeni baş nazir Consona hazırsınızmı?” – deyə o, zaldakılara müraciət edib.
Aktyor ilk super qəhrəman rolunu da şərh edib və “Black Adam”ı karyerasının ən vacib filmi adlandırıb. O, bütün əvvəlki işlərinin onu sanki bu layihəyə apardığını izah edib, eyni zamanda müxtəlif irqlərdən olan uşaqların ürəklərinə yol açacaq bir qəhrəmanı oynamaq şərəfinə nail olduğunu vurğulayıb.
Qeyd edək ki, keçən il Conson ABŞ prezidentliyinə namizəd olmaq istəyini açıqlayıb. Amerikalıların 46 faizi aktyoru dəstəkləyib.