Tanınmış aktrisa Nikol Kidman "Elle" jurnalının yanvar nömrəsinin üz qabığına çəkilib.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, avtraliyalı aktrisa "Calvin Klein"in geyimləriylə jurnalın xüsusi iki buraxılışı üçün fotolar çəkdirib.
Eyni zamanda müsahibə verən Nikol Kit Urbanla toyu haqqında danışıb:
"Məni cilovlamaq mümkün deyil, istədiyim hərəkəti etməkdə azadam. Mən Kitlə tanışlıqdan bir ay sonra evlənmək qərarını vermişdim. Çoxları üçün bu təəcüblüdür, amma bu mənim təbii halımdır".
Teleqraf.com aktrisanın fotoları təqdim edir :
Rüstəm