Aparıcı Xosqədəm Hidayətqızı həyat yoldaşı Doğuşla evliliklərinin ildönümünü qeyd edir.
Teleqraf.com xəbər verir ki, Xoşqədəm Hidayətqızı İnstaqramda foto paylaşaraq bu sözləri yazıb:
"Bu gün Doğuşla evliliyimizin 8 ili tamam olur. Zaman tez keçir. Səkkiz il əvvəli evliliyimizlə bağlı verilən proqnozları xatırlayıram, bir ay, altı ay, bir il sonra ayrılacaqlar və sair. Amma ayıran da, birləşdirən də Allahdır. Çox şükür, birlikdəyik, rəbbim bu birliyi pozmasın. Övladlarımızla birlikdə xoşbəxt yaşamağı nəsib etsin".
Qeyd edək ki, cütlüyün Arda və Arın adlı əkiz övladları var.