21 Oktyabr 2022 15:38
1 078
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur aktrisası Fəxriyyə Evcen paylaşımı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, ikinci dəfə ana olmağa hazırlaşan aktrisa İnstaqramda yeni fotolarını paylaşıb.

Beş aylıq hamilə olan aktrisaya şəbəkə izləyiciləri gözəl ana olması haqqında xoş sözlər yazıblar.

Qeyd edək ki, Fəxriyyə Evcen aktyor Burak Özçivit ilə evlidir. Cütlüyün Karan adlı bir oğlu var.


Müəllif: Rəqsanə Həsənova