Türkiyəli aktrisa Hafsanur Sancaktutan sevgilisi Deniz Can Aktaşın baş rolda çəkildiyi filmin qala gecəsinə hazırlaşarkən aynanın qarşısında çəkdirdiyi fotolarını İnstaqram hesabında paylaşıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, fotolardakı uzun ayaqlarıyla diqqət çəkən 22 yaşlı aktrisa qısa müddətdə sosial medianın gündəminə düşüb.
Sancaktutanla bağlı izləyicilərin şərhləri diqqət çəkib: "Fotoşopu bir az çox olub, gərək ayağını tamamilə yox edəydin", "Bir şəkilə bu qədər müdaxilə etmək olmaz", "Foto yoxdur, fotoşop var", "Boyu 1.63, ayaqları 2 metr"
Qeyd edək ki, aktrisa bir müddət əvvəl "Dünyayla mənim aramda" serialındakı masturbasiya səhnələri ilə gündəmə gəlmişdi.