23 Oktyabr 2022 10:56
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli məşhur müğənni Kıraç Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, Kıraç konsertin əvvəlində təəssüratlarını bölüşüb.

"Çox həyəcanlıyam. Tarixi salonda konsert verməkdən çox xoşbəxtəm", - bildirib.

İfaçı Rəşid Behbudovun ifa etdiyi "Sənə də qalmaz" mahnısını səsləndirib: "Uşaqlıq illərindən ən çox sevdiyim və dinlədiyim mahnını ifa edirəm. Bu mahnını ilk dəfə Bakıda oxuyuram".

Konsert proqramında "Anadolu Events"in rəhbəri Eyyub Hüseynzadə ifaçıya xalça hədiyyə edib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər