26 Oktyabr 2022 17:44
3 266
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aparıcı Xoşqədəm Hidayətqızı aparıcılıq etdiyi "Səni axtarıram" verilişində etirafı ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, aparıcı keçmiş həyat yoldaşından boşanan vaxt yaşadığı çətinlikdən danışıb.

"Həyatdır və ayrılıq mənim də başıma gəlib. Atam mənə məsləhət gördü ki, uşaq atasında qalsın. Atama sual verdim ki, nə üçün mənim yanımdasan? Cavab verdi ki, çünki mənim balamsan. Dedim ki, sən öz balanı ata bilmirsənsə, sahib çıxırsansa, mən öz balamı necə atım? 28 il əvvəl idi, valideymlərim məcburi köçkün idilər. İşləmirdim, perojki, tort bişirib mağazaya verirdim. Uşaqlarınızı atmayın".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər