Müğənni Afət Fərmanqızı barəsində axtarış qüvvədə qalıb.
Bu haqda Teleqraf.com-a xalq artisti Flora Kərimovanın vəkili Xavər İsmayılova məlumat verib:
"Afət Fərmanqızı Bakı Apellyasiya Məhkəməsinin qərarından narazı qalaraq Ali Məhkəməyə müraciət etmişdi. Bu gün Ali Məhkəmədə Afət Fərmanqızının şikayətinə baxılıb. Onun şikayəti təmin edilməyib və axtarış qərarı qüvvədə qalıb".