28 Oktyabr 2022 13:39
22 351
12 Punto 14 Punto 16 Punto 18 Punto

Boğazında bədxassəli şiş aşkarlanan xalq artisti Könül Xasıyeva son vəziyyətindən danışıb.

Könül Xasıyeva Teleqraf.com-a açıqlamasında deyib ki, aparıcı Zaur Baxşəliyev və həyat yoldaşı, aparıcı Günay Baxşəliyeva ona yardım edəcəklərini desələr də sonra zənglərə cavab verməyiblər: "Hər ikisi özləri mənə mesaj yazdılar ki, yanınızdayıq. Sonra nə qədər zəng etdim, mesaj yazdım, cavab gəlmədi.

Sənət dostlarımdan heç kim mənə kömək etmədi, yalnız Yusif Mustafayev dəstək oldu, kartıma 1000 dollar köçürdü. 30 illik rəfiqəm 100 min manat göndərdi. Hazırda 154 minə ehtiyac var. Sənət dostlarımdan kimsə zəng edib, halımı belə xəbər almadı.

Mənə başqa heç kim kömək olmayıb. Yalnız Nazənin, Bahar Lətifova və Vüsalə Əlizadə İnstaqram hesablarında paylaşım etdilər. Çox sağ olsunlar.

Gücüm tükənib. Sözsüz, hər şey Allahın əlindədir. Zaur və Günayın "yanınızdayıq" deyib, zəngimə və mesajıma cavab verməməsi məni çox üzdü".

Qeyd edək ki, Könül Xasıyevanın müalicəsi üçün 254 min manata ehtiyacı var.




Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər