Türkiyənin məşhur cütlüyü Beren Saat və Kənan Doğulu Etilerdə sərgidən çıxarkən obyektivlərə tuş gəliblər.
Teleqraf.com xəbər verir ki, Beren Saat "Netflix" platformasında baş rolunu canlandırıdığı filmdən danışıb: "Çəkilişlərimiz bitdi. Çox maraqlı bir filmdir. Uzun zamandır oynadığım obrazlardan bu qədər zövq almamışdım".
Aktrisa media nümayəndələrinin "Aşkı-memnu" serialından sonra yenidən bir araya gəldiyi aktyor Kıvanç Tatlıtuğla bağlı "Yenidən bir araya gəlmək necə hissdir?" sualına isə "Bu haqda sonra danışarıq",-deyə cavab verib.
Qeyd edək ki, məşhurlar "Netflix”in “Last Call For İstanbul” filmində baş rolları bölüşüblər. Ekran əsərinin çəkilişləri İstanbul və Nyu-Yorkda baş tutub.