Türkiyəli müğənni Ajda Pekkan xəstəxanaya yerləşdirilib.
Teleqraf.com xəbər verir ki, səhər saatlarında villasında yıxılan Ajda Pekkanın omba sümüyündə çat əmələ gəlib.
İfaçı xəstəxanada əməliyyat edilib.
Bu haqda ifaçının meneceri Oğuz Arınmış məlumat yayıb.