8 May 2014 18:50
1 764
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brilliant Dadaşova həmkarı və rəfiqəsi Zülfiyyə Xanbabayevdan danışıb.

Xalq artisti Teleqraf.com-a açıqlamasında bildirib ki, Z.Xanbabayeva ilə küsülü deyil.

“Son zamanlar mətbuatda və mediada bizim küsülü olmağımızdan danışırlar. 27 ildir ki, Zülfiyyə xanımla yaxınıq. O, mənim rəfiqəm, yox, bacımdır. Bizim küsülü olmağımız qeyri-mümkündür. Zülfiyyə ilə mənim aramı vurmaq istəyirlər. O adamlara demək istəyirəm ki, buna nail ola bilməyəcəklər”.

Xatırladaq ki, B.Dadaşova “ATV Maqazin” verilişinə açıqlamasında bildirmişdi ki, tədbirlərdən birində Z.Xanbabayevanın yanından ötsə də, onunla üz-üz gəlsə də, salamlaşmayıb:

“Maraqlıdır ki, eyni tədbirə hər ikimiz də qatılmışdıq. Mən orada olanda Zülfiyyənin yanından keçmişəm. O, məni görüb. Bunu daha sonra köməkçisi mənə deyib”.

Aytən Həsənova


Müəllif: