4 Noyabr 2022 23:37
1 055
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xərçənglə mübarizə aparan əməkdar artist Tünzalə Əliyevanın (Toppuş bacı) səhhətində problem yaranıb.

Teleqraf.com xəbər verir ki, bu haqda aktrisa Ülviyyə Əliyeva İnstaqramda məlumat verib:

"İki-üç gün əvvəl analizlərin cavabı çıxdı. Toppuş bacının vəziyyəti yaxşı deyil. Artıq xərçəng beynindədir, metastaz verib. Tünzalə üçün hamınızdan dua istəyirəm. Göydə Allah, yerdə peşəkar həkimlərimizin köməyi ilə səhhəti yaxşı olacaq. Bu gün yenidən analiz verdi. Yenidən şüa qəbul edəcək".

Qeyd edək ki, xəstəlik aktrisanın qara ciyərə yayılıb. Ağ ciyər və sümüklərdə isə qalıb. Aktrisa Milli Ankologiya Mərkəzində müalicə alır.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər