5 Noyabr 2022 19:03
1 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan "MTV maqazin" verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Röya Ayxan dəb ikonası olmasından danışıb.

"Gözəl ad qazanıb, onu qoruyub-saxlamaq çox çətindir. Amma bunu bacarmışamsa, nə xoş mənə. Səhər yuxudan oyananda bilmirəm nə geyinim, nə ilə uyğunlaşdırım. Təbii ki, o anlarda müraciət etdiyim dostlarım var".

Xalq artisti bir neçə dəfə təxirə düşən "Nazlı" adlı konsertindən də danışıb: "Konsertin adını dəyişdirdim. Türkiyədə konsertimi gələn il edəcəyik. Amma Bakı konsertim yanvarda baş tutacaq. Salamatlıq olsun, konsertin təxirə düşməsinə görə ziyan çəkdik".

Röya Ayxan sevgidən də danışıb: "Yaşımın elə vaxtındayam ki, başım götürməz, "hardasan", "necəsən" demək. Amma sevmək mənim üçün hər şeydir. Mən sevirəm. Hazırda mənə elə gəlir ki, ən çox sənətimi sevirəm".

İfaçı fatalı imicindən də danışıb: "Klipdən gələn bir imic oldu. Amma fatanı çıxara bilmirəm, keçən dəfə toya gedəndə gəlinin anası deyir ki, Röya xanım, fata hardadır? Deyirəm ki, fata taxmamışam. Cavab verir ki, fata taxmamağınız bizim toya qaldı? Obrazımla insanların əhvalı yaxşılaşır. Onsuz da bilirlər ki, bu qız oxuya bilir".

Müğənni oğlu Hüseynin xaricdə təhsil almasına da münasibət bildirib: "Təhsil başqadır, analıq başqa. Analıq qapıdan çıxanda "hardasan", "nə yedin" və s. deməklə deyil. Mən oğlan böyüdürəm, onun formalaşması çox vacibdir, istəyirəm ətrafı böyüsün".








Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər