5 Noyabr 2022 11:54
1 770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi tarzən Humay Qədimova Daxili İşlər Nazirliyinə videomüraciət ünvanlayıb.

Teleqraf.com xəbər verir ki, tarzən İnstaqramda DİN tərəfindən iş haqda araşdırılma başladığını açıqlayıb.

"Daxili İşlər Nazirliyi tərəfindən iş artıq nəzarətə götürülüb. Səsimə səs verdiyiniz üçün təşəkkür edirəm".

Qeyd edək ki, tarzən sürücüsünün Ekologiya Postu deyilən ərazidə Vüqar Cəbrayılov adlı polis inspektoru tərəfindən qanunsuz olaraq saxlanılması haqda Daxili İşlər Nazirliyinə videomüraciət ünvanlamışdı.

Humay Qədimova qeyd edib ki, sürücüsü içkili olmadığı halda, onun içkili olduğunu iddia edərək daha sonra ondan sənədlərini tələb edib. Sənətçi həmin inspektorun avtomobilin qaytarılması üçün sürücüdən 3000 manat rüşvət istədiyini də bildirib.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər