Türkiyənin məşhur yazarı Hakan Mengüç Bakıya gəlib.
Teleqraf.com xəbər verir ki, Hakan Mengüç Bakı haqqında təəssüratlarını bölüşüb.
"Bakıya yenidən gəldiyimə görə çox şadam. Buranı çox sevirəm. Hər dəfə gələndə ilk dəfəki kimi həyacanlı oluram", - o deyib.
Hakan Mengüç "Her şey vaktini bekler" adlı yeni kitabından da danışıb: "İlk dəfə imza mərasimi keçiriləcək, ona görə həyacanlıyam. Azərbaycanda pərəştişkarlarım çoxdur. Küçədə gəzərkən onlar mənə yaxınlaşıb, söhbət edirlər, şəkillər çəkdirirlər. Yaxın günlərdə kitabımın Azərbaycan dilində tərcümə olunacağına ümid edirəm".
Bəstəkar kimi də fəaliyyət göstərən Hakan Mengüç azərbaycanlı müğənnilərdən də söz açıb: "Seminarlarımızın birində xalq artisti Tünzalə Ağayeva, müğənni Elnur Hüseynovla da bir araya gəldim. Onları pianoda müşayiət etdim. Muğamı çox sevirəm, dinləyəndə ruhum dincəlir. Ötən gün də canlı muğamı dinlədim".
Qeyd edək ki, Hakan Mengüç "Kalbin uyanışı" adlı seminar üçün Bakıya gəlib.