Türkiyənin "Söylemezsem Olmaz” verilişinin aparıcısı Seren Serengil müğənni Hadisə və iş adamı Rza Zərrabla bağlı şok iddia səsləndirib.
Teleqraf.com xəbər verir ki, aparıcı Hadisənin müğənni Ebru Gündeşlə rəfiqə olduğu zaman Rza Zərrabla sevgili olduğunu bildirib: “Rza ilə Hadisənin mesajlarını oxudum, eləcə də Rzanın vəkilinə zəng etdim, o da təsdiqlədi. Ona söz verdiyim üçün verilişdə bu haqda danışmadım”.
Seren Serengil Hadisənin konsertindən öncə “Söylədiklərimə görə heç kimə hesab vermək məcburiyyətində deyiləm. Hazırda nəsə deyib manşet olmaq istəmirəm” fikrinə əsəbləşib: “Məsələn, desin ki, mənim və Rzanın fotoları var. Məncə, manşet budur. Sənin Rzayla qayalarda əl-ələ tutduğun şəklin var, deyirlər. Üstəlik bildirsin ki, bu fotonu bacım çəkməyib”.
Bu iddialları ifaçının küsülü olduğu bacısı Hülya Açıkgözün mediayaya sızdırdığı deyilir.
Qeyd edək ki, Hadisə iş adamı Mehmet Dinçerlərlə dörd ay evli olub.
Rza Zərrab isə hazırda Amerikada yaşayır.