Rusiyada məşhurlaşan azərbaycanlı repçi Navai Bəkirov sosial şəbəkədə açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com-un xəbərinə görə, Navai Bəkirov şəbəkə izləyicisinin "Niyə Bakıda konsert vermirsiniz?" sualına ad çəkmədən qalmaqallı cavab verib:
“Çünki “Əməkdar artist”inizə qulaq asırsınız, haqqımda söz-söhbət yaradıb, özünü reklam etmək istəyib. Baxmayaraq ki, mənim nömrəmi bilirdi. Bilirdi ki, həmişə xalqımı dəstəkləyirəm. Əlimdə bütün dəllilər var. Bu dəlillərlə haqqımda yaradılan mifi məhv edə bilərəm.
Azərbaycan dilində cəmi bir müsahibə verdim. Amma daha sizə heç nəyi sübut etmək istəmirəm. Bakıda “Valentino” kamuflyajında dayanıb vətənpərvərlikdən danışan oğlana inandınız. Biz ora çox kömək göndərdik, mən heç qardaşlarımdan danışmıram. Hamıya başa salmaq mümkün deyil ki, musiqi platformalarında 5 milyarda yaxın “axın”ımız var və bütün dünya azərbaycanlı olduğumuzu bilir.
Hamıya başa salmaq mümkün deyil ki, bu oğlan iyrənc mahnı oxuyur və onun “Jara” musiqili festivalında yeri yoxdur. Bizimlə duet oxumağından heç söhbət gedə bilməz. Ona görə də bizim Bakıda konsertlərimiz gözlənilmir. Eləcə də Azərbaycan dilində mahnılar...
Mən heç kimə pis söz deməyə icazə verməmişəm. Amma onun sayəsində iki ildir pulsuz bu sözləri eşidirəm. Və o videoda mən həqiqətən lənətlənmiş gecə klubu haqqında oxudum. Hadisədən öncə isə bu video iki ay sosial şəbəkələrdə, fan hesablarımda yayımda idi. Hamı baxıb gülürdü ki, Azərbaycan dilində gülməli söyüş söyən tək mənəm. Və məndən başqa bütün dünyaya tanınan, bizim dildə utanmadan bu cür söyüş söyən birini göstərin.
Amma sual başqadır. Kim olmaq lazımdır ki, bu videonu sarı mətbuata sifarişli şəkildə düzgün olmayan formada elə təqdim edəsən ki, sanki qohumlarımın yarısının yaşadığı yer haqqında söyləmişəm? Rusiyada bütün azərbaycanlı məşhurlara dərs keçirdim ki, bir yerdə olmalıyıq. Sizə də öyrədəcəyəm... Bir insanı bilmədən mühakimə etməyin".
Qeyd edək ki, bir müddət əvvəl Navai Bəkirovun məkanların birində çıxışı zamanı Bakının ünvanına qeyri-etik ifadə işlədən videosu yayılmışdı. Həmin ərəfədə əməkdar artist Xəyyam Nisanov sosial şəbəkədə bu sözləri yazmışdı:
"Bu, artıq mənim əsəblərimi qıcıqlandırdı, ona görə də yazmağa vadar oldum. Ay vətən xaini! Bizim analarımız, bacılarımız, xanımlarımız yaşayan ölkəni bu cür adlandırmaq olmaz. Bütün dünya bu videonu paylaşıb, sonra üzr istəmək, bu, bəs edir ki?! Xeyr. Bunu ilk öncə bir vətəndaş kimi şəxsən özümə təhqir qəbul edirəm. Sənin kimi xainlər cavab verməlidir. Təklif edirəm ki, bu kimi xainlərin ölkəmizə girişinə məhdudiyyət qoyulsun. Əminəm ki, xalqımız bu fikrə dəstək olacaq".