12 Dekabr 2014 12:30
824
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Survivor Türkiyə" verilişinin müəllifi Acun İlicalını təhdid edən Taner Tolqa Tarlaçı 5 ay həbs cəzası alıb.

Teleqraf.com "Hürriyet"ə istinadən xəbər verir ki, “Survivor Türkiyə” yarışmasının ikinci mövsümündə iştirakçısı olan Tolqanı şikayət edən Acunun iddiasına görə həbs müddəti 2-6 il ola bilərdi.

Acun Tolqanın ona "100 milyon ödəməsən düşmən olacağıq", "Borcunuzu ödəməsəniz baş verənlərdən cavabdeh deyiləm", "Yaxanızdan əl çəkməyəcəyəm, bir gün dəli olub ofisinizə hücum edərəm" tipli mesajlar yazdığını deyib.

Məhkəmə Tolqaya 5 ay həbs cəzası versə də müttəhimin daha öncə cinayət işləmədiyini nəzərə alaraq cəzanı 5 il təxirə salınıb.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər