21 Noyabr 2022 14:47
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Aysun İsmayılova Azad Azərbaycan Televiziyasında yayımlanan "Zaurla günaydın" verilişində keçmiş həyat yoldaşı Eşqin Cəlilovdan danışıb.

Teleqraf.com xəbər verir ki, Aysun İsmayılova Zaur Baxşəliyevin “Həyat yoldaşınla münasibətin necədir? Onu sevirsən?” sualına belə cavab verib:

“Bu haqda heç yerdə danışmamışam. Buradan məni böyüklər izləyir, atam, qaynanam, qaynatam. Əslində, şəxsi həyatımla bağlı danışmaq istəmərəm. Hər ailədə söz-söhbət olur. Gələcəyi, inşallah, həyat göstərər”.

Müğənni aparıcının “Birdən qapı açılsa, həyat yoldaşın daxil olsa...” sualına isə “Layihələrimdən, iş birliyimizdən danışaq", - deyə cavab verib.

Qeyd edək ki, Aysun İsmayılova ilə Eşqin Cəlilov üç ay evli olublar.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər