Mətbuatda müğənni Samir Bağırovun səhhətində xərçəng xəstəliyindən əziyyət çəkməsi haqda xəbər yayılıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, yayılan məlumat həqiqəti əks etdirmir. İfaçının özü deyil, atasının xərçəng xəstəliyindən əziyyət çəkir. İfaçının bir ay əvvəl ayağındakı problemə görə xəstəxanaya getməsi, biopsiya edildiyi və analizin Mərkəzi Onkologiya Mərkəzinə göndərildiyi bildirilib. Hazırda Samir Bağırovun səhhətinin yaxşı olduğu və hər hansı xəstəlik aşkarlanmadığı deyilib.
Qeyd edək ki, bu haqda ilk xəbəri Olay.az saytı yayıb. Onun sümük iliyi xərçəngindən əziyyət çəkdiyi qeyd edilib.