Aparıcı Sərxan Kərəmoğlu müğənni Rəqsanə İsmayılova və həyat yoldaşı, iş adamı Fazil Əmiraslanovla qalmaqalında Tarix Əliyev və aparıcı Zaur Baxşəliyevin ona dəstəyindən danışıb.
Teleqraf.com xəbər verir ki, Sərxan Kərəmoğlu İnstaqramda bu sözləri yazıb:
"Tolik, hər şeydən xəbərdaram. Məni yanlış ünvan seçdilər və üzərimə hücuma keçib, əzmək istədilər. Amma ağlım və onlardan hörmətli olmağım bunun qarşısını aldı. Mənə "bir dəqiqə" vaxt verən kişi hardadır? Guya gəlib məni gətizdirəcəkdi, arvadı qoymayıb. Bu qədər yalanların içində boğulanlar nədənsə yapışmaq istəyirlər. Sənə təşəkkür edirəm, düzgünlüyü görməzdən gəlmədiyin üçün.
Zaur Baxşəliyev də mənim dostumdur və mənə əziz olan biridir. Zaur ona məndən danışmağa imkan verməyib, gərək icazə verərdi. Çünki o qadın danışdıqca batır. Onun dediyi fikir lazımsız fikirdir və əminəm ki, Zaur və Günayın da fikrindən yayınıb. Ömrü boyu bu cütlük imkan verməz ki, nəinki Sərxana, Tolikə, ümumiyyətlə heç kimə söz atılsın. Hər zaman Zaura söz atılıb və atılır. Ona görə də Zaur cılız və cahil işlərə getməz.
Səninlə biz çox çətin və gərgin illər yaşamışıq, amma üç ildi bizim aramızda olan gərginliyin yanlış olduğunu başa düşüb, əsl can dostu olduq. Bu dostluq hansısa maraq üzərində qurulmadığı üçün biz bir-birimizdən asılı deyilik. Bəzi atılacaq addımlar sənin xətrin əziz olduğu üçün atılmadı. İndi bəziləri utansın!"
Qeyd edək ki, Sərxan Kərəmoğlunun "MTV maqazin" verilişində Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılovanın evliliyini oyun adlandırması və Rəqsanə İsmayılovanın heç bir sözünə güvənmədiyini deməsi iki tərəf arasında böyük qalmaqala səbəb olmuşdu.