23 Noyabr 2022 13:25
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli məşhur müğənni Hadisə iş adamı Rza Zərrabla münasibətinin olduğunu iddia edən "Söylemezsem olmaz” verilişinin aparıcıları Bircan Bali, Seren Serengil və Arto kimi tanınan Harutyan Dalğadam şikayət edib.

Teleqraf.com xəbər verir ki, Hadisə İnstaqram hesabında Türkiyənin Əmək və Sosial Xidmətlər Nazirliyini işarələyərək bu sözləri yazıb:

"Bu mesajım bütün təhdid və təzyiqlərə məruz qalan qadınlaradır, susmayın! Mən də susmuram və susmayacam. Əlbəttə, Hadisə və məşhur olmağın bədəli olacaq. Biz məşhurlar diqqət mərkəzindəyik, sevənlər də olacaq, sevməyənlər də. Məni tanıyırsınız, adətən, danışmıram. Hər zaman ədalətə güvənirəm. Amma bu dəfə deməyə sözüm var.

Musiqi ilə xoşbəxt olan, işimi sevən və ailəmə baxan bir insanam. Karyeram boyunca heç kəslə polemikaya girmədim. Hər şeydən əvvəl qadınam, insanam. İlyarımdır ki, bir qrup tərəfindən təqib və təhdidlərə məruz qalıram. Bu insanların dediyinə görə, neçə dəfə hamilə qalmışam, abort etmişəm... Bu qrup yaxın günlərdə oftalmoloqdan çıxanda yenə abort etdirib dedilər. Onlara görə məşuqə oldum. İl yarımdır bu adamlar tərəfindən şantaj olunuram.

Bu adamlar sözün əsl mənasında şəxsi həyatıma qəsd edirlər, şantaj, hədə... Mən Hadisə olduğum üçün bunu asanlıqla edə biləcəklərini düşünürlər!? Heç bir qadını məşhur oldu-olmadı bu şəkildə təhdid, şantaj etmək olmaz. Bu təcavüzün dayandırılması üçün mübarizə aparacam! Yalnız özüm üçün deyil, bütün qadınlar üçün mübarizə aparacam. Siz kimsiniz? Allahsınız? Bu dünyada heç kimə cavabdehliyim yoxdur!"


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər