24 Noyabr 2022 14:21
876
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qurd" ləqəbli məşhur reper Fərid Eminov həyat yoldaşı, pianoçu Leyla Namazzadə ilə bu gün evlilik ildönümlərini qeyd ediblər.

Teleqraf.com xəbər verir ki, Leyla Namazzadə İnstaqramda video paylaşaraq bu sözləri yazıb: "Sonsuza qədər...2019-cu ilin bu günü sevdiyim adamın əllərindən tutub, sona qədər varam demişdim. 2021-ci il bizi "qırmızı diplom"la yola saldı. Sevginin günü olmasa da, səni sevdiyim gün ilə buna əmin olduğum gün, mənim üçün çox qiymətlidir. "Qoca Qurd" səninlə qocalmaq arzusu ilə neçə gözəl ildönümlərinə...".

Qeyd edək ki, cütlüyün bir qızı var.


Müəllif: Rəqsanə Həsənova