26 Noyabr 2022 14:37
1 030
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Şəbnəm Tovuzlu Azad Azərbaycan Televiziyasında yayımlanan "Zaurla Günaydın" verilişində adına görə həmkarı Şəbnəm Tapdıqla problem yaşadığını etiraf edib.

Teleqraf.com xəbər verir ki, Şəbnəm Tovuzlu həmkarının ona adını dəyişməsini təklif etdiyini də bildirib: "Adımı anam Şəbnəm qoyub və Şəbnəm Tapdığın fanatı olub. Şəbnəm xanıma da demişəm ki, adım sizin adınızdan qoyulub, anamın yadigarıdır. Mənə adımı dəyişməyi təklif etdi və dedi ki, Şəbnur qoy.

Ona cavab verdim ki, bu ad rəhmətlik anamdan xatirədir, heç vaxt dəyişmərəm, ölənə kimi bu adla qalacağam. Sevinin ki, zamanında sizə fanatlıq edən bir qadın adınızı övladına qoyub. Hazırda bu dünyada yoxdur, buna sevinməlisiniz, nəinki hörmətsizlik etmək. Hətta aramızda mübahisə də oldu. Ona dedim ki, mənə ad məsələsindən başqa nə desəniz "baş üstə" deyərəm. Çünki ad anamdan yadigardır. Hətta mənə kağızlar göstərmişdi ki, atası adı sənədlə alıb... "

Şəbnəm Tovuzlu Zaur Baxşəliyevin "Müğənni olmasaydın hansı peşəylə məşğul olardın" sualına cavabda deyib: "Müğənni olmasaydım, geyim biznesi ilə məşğul olardım. Yaxşı biznes anlayışım var. İxtisasca tibb bacısıyam, bununla övladlarımı necə dolandıra bilərdim".


Müəllif: Rəqsanə Həsənova