Aparıcı Zümrüd Bədəlova "MTV maqazin" verilişində açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, ad çəkmədən o, müğənnilərdən birinin ünvanına sərt sözlər deyib:
"Elə tədbirlər var ki, aparıcılarla müğənnillər qarşılaşırlar. Adama salam vermirlər, yanından yad kimi keçirlər. Səviyyəli toy mərasimlərinin birində idik, orada xalq artistləri də iştirak edirdi. O adamın orada nə işi var idi, bilmirəm. İnsanların ardından qaça-qaça keçib, "mən gecikirəm" demək çox böyük mədəniyyətsizlikdir. Hər halda toya gəlmisənsə, səndən öncə illərini bu sənətə verən insanlarla salamlaşmalı və görüşməlisən.
O insan sabah efirimə gəlsə, acılayacam, yaxud başqa söz deyəcəm. Sonra da deyəcəklər ki, Zümrüd özündənrazıdır, efirdə ağzına gələni danışır. Amma heç vaxt istəmərəm ki, onlar verilişimdə görsənsinlər.
At oynadırlar, amma onların da öz dövranı var. Çox məşhur adam da ola bilərsən, amma insani keyfiyyətlərin yoxdursa, heç nə və heç kimsən! Əsas odur ki, eqosuz, səmimi və rahat ol".