27 Noyabr 2022 09:21
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Varlığımın səbəbi Neslihandır. Onun içində yananı və arzuladığını göstərməyə çalışmaq mənim həyat qayəm olub. Ümid edirəm ki, bu, hər kəs tərəfindən fərq edilər".

Teleqraf.com xəbər verir ki, bu sözləri sevilən aktyor Kadir Doğulu mətbuata açıqlamasında deyib.

Tanınmış cütlük qatıldıqları tədbirdə mətbuat nümayəndələrinin suallarını cavablandırıblar. Söhbət əsnasında jurnalislər "Kadir bəy, gələcəkdə şeir kitabı yazmaq istərdinizmi?" sualını ünvanlayıblar. Kadir Doğulu isə heç düşünmədən "Neslihan yazdırmağa davam etsə olacaq. Çünki o mənim ilham qaynağımdır" deyə bildirib.

Qeyd edək ki, ikili hazırda "Gecənin ucunda" serialında tərəf müqabilidir.


Müəllif: Pərvin