Fransalı aktyor Jerar Depardye etiraf edib ki, Afrikaya səfəri zamanı iki şiri öldürüb və yeyib. Teleqraf.com-un məlumatına görə, aktyor bunu “The Independent Magazine”yə müsahibəsində söyləyib.
Jurnalsitin aktyorun öldürülmüş şirləri yeyib-yemədiyi ilə bağlı sualına o “Hə” cavabını verib.
“Maşınımız Burkina-Fasoda xarab omuşdu. Qarşımızda iki şir var idi, amma tərpənmirdilər. Saatlar keçsə də, maşından çıxa bilmirdik. Bizim afrikalı rəhbərimiz çox qorxurdu”, - Depardye bildirib.
“Başqa yolumuz qalmamışdı. Onları güllələməli olduq”, - aktyor əlavə edib.
Xatırladaq ki, Depardye bundan əvvəl demişdi ki, gündə 14 şüşə çaxır içə bilir.