1 Dekabr 2022 14:33
1 090
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Aliment alan qadınları çox uğurlu hesab edirəm. Bir qadın olaraq alimentsiz boşandığım üçün peşmanam. Uşaqsız aliment alan dostlarım da var. Bunun necə baş verdiyini anlamıram, halal olsun".

Teleqraf.com xəbər verir ki, bu sözləri tanınmış türk müğənni Gülben Ergen televiziya verilişlərinin birində deyib.

Bir dönəm sənətçi Mustafa Ərdoğanla ailəli olan Gülben Ergenin bu evlilikdən 3 övladı var. Verilişdə keçmiş həyat yoldaşından aliment alıb-almadığını soruşan aparıcıya müğənninin cavabı belə olub:

"Evliliyimiz sevgi üzərində qurulmuşdu. Sevgi bitəndə evlilik də bitdi. Biz pulun P hərfindən belə danışmadıq. İndiki aliment rəqəmləri məni çox təəccübləndirir. Uşaqlarımın atası məktəb pulunu ödəyir. Bu, aliment deyil, mənim əlimə dəyməyən puldur”.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər