Rusiyada yaşayan azərbaycanlı biznesmen, müğənni-bəstəkar Emin Ağalarov 35 yaşını qeyd edib.
Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, müğənni və iş adamı ad gününü qeyd etmək üçün iki yubiley konserti verib. Emin ən yaxşı kompozisiyalarını ifa edib, həmçinin "Начистоту" adlı yeni albomundan mahnıları səsləndirib. Səhnəyə onunla birgə Qriqoriy Leps, Ani Lorak, Stas Mixaylov, Keti Topuriya kimi ulduzlar çıxıb.
Konsertə gələn qonaqlar arasında Filipp Kirkorov, Sergey Lazarev, Andrey Malaxov, Anita Tsoy, Nikolay Baskov, Oleq Qazmanov, Timati, Aleksandra Saveleva, Soso Pavliaşvili da olub.
Konsertdən sonra əyləncə restoranda davam edib. Gecənin sürprizlərindən biri də dünya ulduzlarının da iştirak etdiyi videoçarx olub. Videoçarxda "Miss Universe-2014", biznesmen Donald Tramp, aktyor Robert de Niro və başqaları Emini təbrik ediblər.
Teleqraf.com gecədən olan fotoları təqdim edir:
Rüstəm