Aparıcılar Zaur və Günay Baxşəliyeva oğulları Davudun 2 yaşını qeyd ediblər.
Teleqraf.com xəbər verir ki, restoranlardan birində keçirilən məclisdən görüntüləri cütlük şəxsi instaqram səhifələrində paylaşıblar.
“Davudun 2 yaşı. İllər keçir, yadda qalan anlar olur. Bu anları sevə-sevə sizinlə paylaşırıq. Allah bütün balaları qorusun, olmayanlara nəsib etsin”, - cütlük paylaşımında yazıb.