“Best Model of Azerbaijan-2022” gözəllik müsabiqəsinin final mərhəsində təşkilatçı Elxan Paşayevin qalibiyyəti pulla satdığını iddia edilib.
Məsələ ilə bağlı Teleqraf.com-a danışan Elxan Paşayev haqqındakı iddiaları təkzib edib: "Keçirilən müsabiqə, orada yaradılan şərait, müsabiqəyə gələnlər, hər kəs başa düşür ki, mənim layihə üçün 60 mindən çox xərcim çıxıb. Heç bir təçkilatçı kimindənsə 35 və 10 mini üçün adını pisə çıxarmaz. Xəbərləri yayanlar müsabiqədə yer tuta bilməyən iştitakçılardır. Hər hansı münsif heyətindən açıqlama yoxdur. Erkan Özerman belə Bakıda idi, ondan da açıqlama yoxdur. Özüm də heç bir açıqlama verməmişəm. Bu fikirlər müsabidə yer tuta bilməyən xanımların əssasız açıqlamasıdır. Səviyyəli şəkildə təşkilatçılıq oldu, orada 1200-ə yaxın qonaq var idi. Bu qədər xərcə qatlanan təşkilatçı kimdənsə ödəniş götürsə, nə xərclərini bağlaya bilər, nə də adını bədnam etməz, mən də həmçinin. Bizim şükür Allaha elə bir şeyə ehtiyacımız yoxdur. İddialar əsassızdır və yalnız onu deyə bilərəm ki, seçimizinin nəticəsini dekabrın 16 da İstanbulda keçiriləcək "Best Model Turkey"də alacağımız nəticə ilə təsdiq edəcəyik".
Qeyd edək ki, yarışmada boyu 1.55 sm olan Liza Uzunun birincilik əldə etməsi iştirakçı modellər Rufanə Kamilova və Nigar Süleymanlını özündən çıxarıb. Onlar sosial şəbəkədə müsabiqə haqqında ittihamlar səsləndiriblər.